"Barselona"da yeni futbolçu
“Barselona” rəsmi saytı vasitəsi ilə “Betis”in müdafiəçisi Xunior Firponu transfer etdiyini açıqlayıb.
Sportline.az xəbər verir ki, 22 yaşlı futbolçu ilə 2024-cü ilin 30 iyununa qədər müqavilə bağlanıb.
Transferin ümumi dəyəri 30 milyon avrodur.