"Barselona"da yeni futbolçu

"Barselona" Argentina "Boka Xuniors"unun futbolçusu Santyaqo Ramosla müqavilə imzalayıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sözləşmənin müddəti sonradan daha 2 il uzadıla bilməsi şərtilə 3 illikdir. 18 yaşlı oyunçu “Barselona B”də çıxış edəcək.

Qeyd edək ki, Santyaqo Ramos "Boka Xuniors"un yetirməsidir. O, ötən mövsümdə Argentina klubunun ikinci komandasının heyətində oynayıb, həmçinin əsas komandanın iki yoldaşlıq matçında iştirak edib. Hazırda "Barselona" La Liqada 22 oyundan 46 xalla 2-ci yeri tutur. "Real Madrid" isə 49 xalla liderdir.