"Barselona"da zədə: "Real"a qarşı oynamayacaq

“Barselona” itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, komandanın müdafiəçisi Serji Roberto zədələnib. 28 yaşlı futbolçunun 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

İspan futbolçu katalonların martın 1-i La Liqa çərçivəsində Madrid "Real"ına qarşı keçirəcəyi oyunu buraxmalı olacaq.