"Barselona"dan daha bir transfer

“Barselona” heyətə daha bir yeni futbolçu cəlb edib.

Sportline.az xəbər verir ki, kataloniyalılar “Eybar”dan Mark Kukurelyanın transferini reallaşdırıblar.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı müdafiəçiyə görə, “Eybar”a 4 milyon avro təzminat ödənildiyi bildirilir.

Qeyd edək ki, ispaniyalı futbolçu “Barselona”nın öz yetirməsidir. Kataloniyalılar onu 2018-ci ilin yayında “Eybar”a satmışdılar.