"Barselona"nın hədəfindəki iki ulduz
Qış transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdıran "Barselona"nın hədəfləri müəyyənləşib. SportLine.az xəbər verir ki, Kataloniya klubu "Ayaks"ın futbolçusu Frenki De Yonq və PSJ-dən Adrien Rabyönü transfer etmək niyyətindədir.
Yarımmüafiəçi xəttindəki boşluqları doldurmağı planlaşdıran "Barsa" bu transferlərlə orta sahəyə yeni nəfəs gətirmək istəyir.
Qeyd edək ki, La Liqa təmsilçisi hər iki futbolçu üçün ümumilikdə 80 milyon avro xərcləməyi planlaşdırır.