"Barselona"nın narahatlığı
"Barselona" müdafiəçisi Klemen Lanqlenin İngiltərə çempionatında oynamamasından narahatdır.
Sportline.az xəbər verir ki, "Aston Villa"ya icarəyə verilən fransız futbolçu yeni komandasına sentyabrın 1-də qoşulub. Maraqlıdır ki, Lanqle Premyer Liqada bir dəfə də meydana çıxmayıb. Futbolçu heç Konfrans Liqasında da iştirak etməyib.
Lanqlenin "Barselona" ilə müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.