"Barselona"nın prezidenti Gündoğanın niyə komandadan ayrıldığını açıqlayıb

"Barselona"nın prezidenti Joan Laporta Gündoğanın klubdan maddi səbəblərə görə ayrılmadığını deyib.

Sportline.az Champıonat.com-istinadla xəbər verir ki, Laporta AS qazetinə verdiyi müsahibədə bu fikirləri səsləndirib.

 

“Flik ilə görüşdükdən və komandadakı vəziyyəti qiymətləndirdikdən sonra o [Gündoğan] ayrılmaq qərarına gəldi.Bu müstəsna idman qərarıdır. Onun yerinə transfer edilən Dani Olmo da eyni funksiyanı yerinə yetirir. Bu futbolçunun və klubun qərarı idi. Eşitmişəm ki, bu qərarın maliyyə vəziyyətinə görə alındığı deyilir, amma bu belə deyil" deyə Kataloniya klubunun prezidenti bildirib. 

Qeyd edək ki, "Barselona"dan ayrılan İlkay Gündoğan sabiq klubu "Mançester Siti"yə keçib.