"Barselona"nın sabiq futbolçusu satıcı işləyir
"Barselona"nın sabiq futbolçusu Jeremi Matyö satıcı kimi fəaliyyət göstərir.
Sportline.az xəbər verir ki, Fransa millisinin də sabiq müdafiəçisi Marsel şəhərindəki idman mağazalarından birində çalışır.
Bu haqda Fransanın nüfuzlu "L`Equipe" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Matyö həmin mağazadakı şöbələrdən birinin rəhbəridir.
O, bu işi ilə paralel məşqçilik kurslarında da oxuyur.
Qeyd edək ki, 2014-2017-ci illərdə "Barselona"da oynayan müdafiəçi UEFA Çempionlar Liqasının qalibi olub.