"Barselona"nın ulduzu "Bavariya"nın hədəfində

“Bavariya” klubu İspaniya futbolunun parlamaqda olan ulduzunu heyətinə qatmaq istəyir.

Sportline.az "Sky de" saytına istinadla xəbər verir ki, Münhen təmsilçisi “Barselona”nın 18 yaşlı yarımmüdafiəçisi Pablo Qavinin transferini planlaşdırır. 

Qeyd edək ki, Qavi bu mövsüm La Liqada çıxdığı 25 oyunda 1 qol 2 asist ilə yadda qalıb.