"Barselona"nın ulduzu əməliyyat olunacaq
"Barselona"nın futbolçusu Luis Suares sağ dizindəki meniskdən əməliyyat olunacaq.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, əməliyyat sabah gerçəkləşəcək. Onun bərpa müddəti barədə məlumat verilməyib. Əməliyyatdan sonra uruqvaylı hücumçu ilə bağlı növbəti açıqlama veriləcəyi bildirilib.
Qeyd edək ki, Suares bu mövsüm 23 matçda 14 qol vurub, 11 qolun ötürməsini verib.