"Barselona"nın yeni baş məşqçisi açıqlandı

"Barselona" basketbol komandasının yeni baş məşqçisinin adı bilinib.

 
Sportline.az xəbər verir ki, komandanı Şarunas Yasikyaviçyus çalışdıracaq. 44 yaşlı litvalı mütəxəssislə 3 illik müqavilə bağlanılıb.
 
"Barselona" İspaniya ACB Liqasının finalında "Baskoniya"ya uduzduqdan sonra Svetislav Peşiçi istefaya göndərmişdi.