"Barselona"ya güvən, "Real"a qorxu verən xəbər...
“Barselona”nın ulduz futbolçusu Rafinya "El-Klasiko"da çıxış edə bilər.
Sportline.az “Marca”ya istinadla xəbər verir ki, artıq futbolçu həyəcanla gözlənilən oyunda meydana çıxmağa hazırdır.
Qeyd edək ki, "Barselona" - "Real" matçı oktyabrın 28-də keçiriləcək. 26 yaşlı braziliyalı cari mövsümdə La Liqada 6 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.