"Başakşehir"-"İberiya" oyununun hakimi müəyyənləşib


"Başakşehir"in UEFA Konfrans Liqasında "İbariya" ilə qarşılaşacağı oyunun hakimi bəlli olub.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, avqustun 15-də  İstanbulda keçiriləcək görüşü polşalı hakim Pavel Razkovski idarə edəcək.

Tərəflər arasında ilk matç 1-0 hesabı ilə Türkiyə təmsilçisinin xeyrinə yekunlaşmışdı.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Sent-Patriks"-"Sabah" cütünün qalibi ilə üz üzə gələcək.