"Başakşehir" UEFA Konfrans Liqasının qruplarında
Türkiyə təmsilçisi Başakşehir UEFA Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Sportline.az xəbər verir ki, İstanbul klubu pley-off mərhələsinin cavab oyununda doğma meydanda "Sent Patriks"lə qarşılaşıb.Görüş ev sahiblərinin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda qolların müəllifi Ömer Ali Şahiner və Oliver Kemen olub.
İki oyunun nəticəsinə görə rəqibini 2-0 hesabı ilə üstələyən "Başakşehir" Konfrans Liqasının qrup mərhələsinə adlayıb.İrlandiyadakı ilk oyun 0-0 hesabı ilə başa çatmışdı.
Qeyd edək ki, Türkiyənin Konfrans Liqasındakı digər təmsilçisi Trabzonspor sabah meydana çıxacaq.Qara dəniz klubu 0-0 hesablı bərabərliklə bitən görüşün cavab oyununda "St.Qallen" ilə qarşılaşacaq. Trabzonda keçiriləcək görüş 21:00-da başlayacaq.