"Başakşehir"in baş məşqçisi "La Fiorita" ilə oyun öncəsi mətbuat qarşısına çıxıb
"Başakşehir" iyulun 24-də Uefa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində San Marinonun "La Fiorita" klubu ilə qarşılaşacaq.
Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Çağdaş Atan oyun öncəsi mətbuat konfransında bu fikiləri səsləndirib.
"Konfrans Liqasının yeni formatında yer almaq istəyirik.Təbii ki, bu, asan deyil. 3 mərhələ keçməliyik amma orada olmağı çox istəyirik. Biz futbolçuların inkişafını, klubun brend dəyərini artırmaq və ölkəmizi təmsil etmək istəyirik. Baş məşqçi kimi ikinci təcrübəm olacaq.Avropa təcrübəsi üçün komanda olaraq həyəcanlıyıq" deyə 44 yaşlı mütəxəssis bildirib.
Qeyd edək ki, Fatih Terim adına Başakşehir Stadionunda keçiriləcək oyun 21:45-də start götürəcək.Qarşılaşmanı monteneqrolu Miloş Boskoviç idarə edəcək.