"Bavariya" əfsanəsi ilə vidalaşır
"Bayern" Tomas Müllerlə yeni müqavilə imzalamayacaq.
Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi ilə iki mərhələli danışıqlardan sonra klub onunla müqaviləni uzatmamaq qərarına gəlib.
Qeyd edək ki, Müller 2009-cu ildən "Bayern"in əsas komandasında çıxış edir. O, cari mövsümdə Bundesliqada 22 matça çıxıb, 1 qol vurub və 3 qol ötürməsi edib. Təcrübəli futbolçunun mövcud müqaviləsi 30 iyun tarixinədək qüvvədədir.