“Bavariya” və “Ayaks” transfer yarışına girib

“Mançester Siti”nin ingiltərəli futbolçusu Divine Mukasa mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, “Bavariya” və “Ayaks” Mukasanı transfer etmək niyyətindədir.

17 yaşlı futbolçu “Mançester Siti”nin əvəzedici heyətində çıxış edir.

Qeyd edək ki, Mukasa bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 35 matçda 17 qol və 25 asistlə yadda qalıb.