"Bavariya" yeni qapıçı axtarışına çıxıb

"Bavariya" "Brayton"un niderlandlı qapıçısı Bart Verbrüggeni transfer etmək istəyir.

Sportline.az xəbər verir ki, bu haqda "Telegraph" nəşri məlumat yayıb.

Münhen klubu bu keçid üçün qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Verbrüggenin "Brayton"la hazır ki müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

O bu mövsüm İngiltərə klubunun heyətində 30 rəsmi matçda iştirak edib. Qapısında 43 top görüb.