"Bavariya"nı "Arsenal"a dəyişir
"Bavariya"nın fransalı futbolçusu Kinqsley Koman karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Give Me Sport" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" Komanı transfer etmək niyyətindədir.
London klubu 28 yaşlı futbolçu üçün qarşı tərəfə 35 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Koman cari mövsüm çıxış etdiyi 37 matçda 7 qol və 4 asistlə yadda qalıb.
Onun "Bavariya" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.