"Bayer" 18 yaşlı futbolçu transfer etdi

"Albasete"nin sabiq futbolçusu Kristian Kofane karyerasını Almaniyada davam etdirəcək.

Sportline.az xəbər verir ki, "Bayer" 18 yaşlı hücumçunu heyətə qatıb.

Bu haqda klubun rəsmi saytında məlumat yayılıb.

Kamerunlu forvardla 2029-cu ilin yayınadək müqavilə imzalanıb.

Onun üçün "Albasete"yə 5 milyon avro ödənildiyi bildirilir.

Kofane son mövsümdə meydana çıxdığı 20 oyunda 8 qol, 1 asistlə yadda qalıb.