Bekhem nəhəng adamla birlikdə görüntüləndi

Ingiltərə millisi və "Mançester Yunayted"in sabiq futbolçusu Devid Bekhem və NBA-nın dörd qat çempionu Şakil Onil Las-Veqas Qran-prisi zamanı Sports Illustrated Club SI-də keçirilən üç günlük tədbirin əsas simaları olublar.

Sportline.az xəbər verir ki, dünya idmanının əfsanələri noyabrın 16-dan 18-dək SI Sports Illustrated klubunda eksklüziv tədbirdə bir araya gəliblər. Onil və Bekhem Formula 1 yarışları ilə bağlı azarkeşlərlə söhbət edib, idmanda qazandıqları uğurlar haqqında xatirələrini bölüşüblər.