Belçika - Azərbaycan maçında kobud səhv

AVRO-2024-ün seçmə mərhələsində keçirilən Belçika - Azərbaycan matçında kobud səhvə yol verilib. 

Sportline.az saytının Brüsselə ezam olunan əməkdaşı xəbər verir ki, qarşılaşma 2-3 dəqiqə gec başlayıb.

Buna səbəb oyundan öncə Azərbaycan himni əvəzinə İsveçin himninin səslənməsi olub. 

Məsələyə millimizin kapitanı Emin Mahmudov, məşqçilər heyəti və rəqibdən Romelu Lukaku müdaxilə edib. Bundan sonra ölkəmizin himni səsləndirilib və matça start verilib.