Bellingem: 13/13

"Real Madrid"in ulduz futbolçusu Cud Bellingemin statistikası müəyyənləşib.

Sportline.az xəbər verir ki, o, kral klubunda hər oyuna orta hesabla 1 qol vurur.

20 yaşlı ingilis oktyabrın 28-də İspaniya çempionatının 11-ci turunun “Barselona” ilə oyununda (2:1) dubla imza atıb.

Beləliklə, 2023/24 mövsümündə Bellinqhem "Real"ın heyətində bütün yarışlarda 13 matçda 13 qol vurub. İspaniya çempionatında 10 oyunda 10, Çempionlar Liqasında isə 3 oyunda 3 qol vurub.