“Benfika” argentinalı ulduzu ilə vidalaşır
"Benfika" argentinalı futbolçusu Anxel Di Mariya ilə yollarını ayırmaq qərarına gəlib.
Sportline.az xəbər verir ki, bu haqda "Foot Mercato" nəşri məlumat yayıb.
Qeyd edək ki, Di Mariya 2023-cü ildən "Benfika"da çıxış edir.
O bu mövsüm çıxış etdiyi 37 matçda 15 qol 9 asistlə yadda qalıb.
Xatırladaq ki, 37 yaşlı futbolçu karyerası ərzində "Rosaria Central", "Real Madrid", Mançester Yunayted" və "Paris Sen-Jermen" kimi klubların şərəfini qoruyub.