Benzema "Çelsi"nin hədəfində

"Çelsi" qış transfer pəncərəsində heyətini gücləndirmək niyyətindədir. SportLine.az "Mirror"a istinadən xəbər verir ki, "zadəganlar" Kərim Benzemanın xidmətində maraqlıdırlar.

Alvaro Moratanı komandadan göndərmək barədə düşünən London klubu hücum xəttindəki boşluğu fransalı forvardla doldurmaq niyyətindədir. Premyer Liqa təmsilçisinin yaxın günlərdə futbolçunun məxsus olduğu "Real"la danışıqlara başlayacağı gözlənilir.

Məlumatda qeyd olunub ki, A.Morata karyerasını "Sevilya"da davam etdirməyə yaxındır. 

K.Benzema 2009-cu ildən "kral klubu"nda çıxış edir.