Benzema: “Ərəbistan sıradan çöl ölkəsi deyil”
“Əl-İttihad” klubunun fransalı futbolçusu Kərim Benzema maraqlı açıqlaması ilə gündəmə gəlib.
Sportline.az “FourFourTwo” nəşrinə istinadən xəbər verir ki, Benzema Ərəbistanın inkişaf etmiş ölkə olduğunu söyləyib.
“Ərəbistan sıradan çöl ölkəsi deyil. Burada futbol inkişaf edir. Günü gündən Ərəbistan çempionatına maraq daha da artır. Bu çempionatda mükəmməl futbolçular çıxış edir. Bu ölkə kəşf ediləsi ölkədir. İnsanları təmiz qəlblidir. Bu ölkədə futbol oynadığım üçün xoşbəxtəm”, - deyə Benzema bildirib.
Qeyd edək ki, Benzema 2023-cü ildən “Əl-İttihad”ın şərəfini qoruyur.
36 yaşlı forvard cari mövsümdə çıxış etdiyi 11 matçda 10 qol və 3 asistlə yadda qalıb.
Benzemanın “Əl-İttihad”la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.