Benzema karyerasını bitirir
Fransa futbolunun ən parlaq simalarından sayılan Karim Benzema karyerasını bitirmək qərarına gəlib.
Sportline.az xəbər verir ki, "Əl-İttihad"ın 36 yaşlı hücumçusu cari mövsümün sonunda bu addımı atmağa hazırlaşır.
B u haqda "Relevo" məlumat yayıb.
Mənbənin verdiyi məlumata görə, klub rəhbərliyi Benzemanın bu qərarından narahatdır.
Onlar 36 yaşlı ulduz forvardın müqavilənin sonunadək komandada qalmasına çalışırlar.
Qeyd edək ki, Karim Benzemanın "Əl-İttihad"la anlaşmasının müddəti 2026-cı ildə başa çatır.