Benzema üçün yeni baş məşqçi
Benzemanın çıxış etdiyi "Əl-İttihad" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportline.az məşhur insayder Fabrizio Romanoya istinadla xəbər verir ki, Səudiyyə klubunu artıq Marselo Qalyado çalışdıracaq. Argentinalı mütəxəssislə 2025-ci ilin yayına qədər müqavilə imzalanacaq.
Sözləşmənin müdəti daha 2 il artırıla bilər.
Qalyardo bu postda Nunu Eşpiritu Santunu əvəzləyib.