Bernardo Silva "Mançester Siti"dən ayrılır?
"Mançester Siti"nin portuqaliyalı futbolçusu Bernardo Silva mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az jurnalist Saşa Tavolierinin məlumatına istinadən xəbər verir ki, İngiltərə klubu Bernardonun çıxışından narazıdır.
30 yaşlı futbolçunun "Mançester Siti" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Bernardo Silvanın transfer qiyməti 45 milyon avrodur.