"Beşiktaş" klubu 13 il sonra ən pis göstəriciyə imza atıb 

"Beşiktaş" 13 il sonra antirekorda imza atıb.

Sportline.az xəbər verir ki, İstanbul nəhənglərindən olan "qara-qartalar" 13 il sonra ilk dəfə ardıcıl 3 matçda qalib gələ bilməyiblər.

Ötən mövsüm də uğursuzluqları ilə diqqət çəkən "Beşiktaş" 2010/11-ci ildən sonra ilk dəfə ən pis nəticəyə imza atıb. 

Qeyd edək ki, "Beşiktaş" hazırda 46 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.