"Beşiktaş" 5 futbolçusu ilə yollarını ayrımaq qərarına gəlib

"Beşiktaş" klubu Vinsent Abubakar da daxil olmaqla 5 futbolçunu komandadan göndərir.

Sportline.az Sporx,com-a istiandla xəbər verir ki, komandanın baş məşqçisi Rıza Çalışmaya komandada qalmasını istəmədəyi 5 futbolçunun adını rəhbərliyə bildirib. 

Siyahıya Vinsent Abubakar başçılıq edir. Klubdan ayırlması gözlənən digər futbolçular isə Erik Baiy, Daniel Amarte, Cian Onana, Raşid Qezaldır. "Beşiktaş" klubunun rəhbərliyi oyunçlara yanvar ayınadək özlərinə klub tapmalarını bildirib. 

Qeyd edək ki, futbolçulara transfer olunmayacaqlar təqdirdə qış transferi pəncərəsindən sonra əsas heyətdə çıxış edə bilməyəcəkləri deyilib.