“Beşiktaş” Bakıya yollandı

“Sabah”la xeyriyyə oyununda üz-üzə gələcək “Beşiktaş” Bakıya yollanıb.

Sportline.az xəbər verir ki, “qara qartallar” yerli vaxtla saat 15:00-da xüsusi çarter reysi ilə Azərbaycana yola düşüb.
 
Qeyd edək ki, “Sabah”la “Beşiktaş” arasındakı yoldaşlıq matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 18:00-da start veriləcək. Qarşılaşmadan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.