"Beşiktaş"ın ilk transferi "Adana Demirspor"un futbolçusu oldu
"Beşiktaş" "Adana Demirspor"un 25 yaşlı sağ cinah hücumçusu Yusuf Sarını transfer etmək qərarına gəlib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qara qartallar"ın rəhbərliyindən verilən məlumata görə futbolçu ilə şəxsi razılıq əldə olunub.
"Beşiktaş" klubu "Adana Demirsporun futbolçu üçün 5m ilyon avro tələbini qəbul edib və komandalar arasında razılıq əldə olunub.
Qeyd edək ki, Yusuf Sarı bu mövsüm "Adana Demirspor" forması ilə çıxdığı 19 oyunda 2 qol, 7 asistlə yadda qalıb.