"Beşiktaş" ispaniyalı hücumçu ilə maraqlanır
Türkiyə nəhənglərindən olan "Beşiktaş" ispaniyalı hücumçu Rafa Miri icarə əsasında trasnfer etmək istəyir.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 26 yaşlı hücumçunun "Sevilya" klubundan ayrılmaq istəməsi Türkiyə klublarını hərəkətə keçirib. "Fənərbağça"nın da Rafa Mirlə maraqlandığı və təklif göndərdiyi bildirilib.
"Beşiktaş" klubunun prezidenti Hasan Arat maliyə problemlərinə görə futbolçunu yalnız icarə əsasında transfer edə biləcəyini açıqlayıb.
Qeyd edəki , ispaniyalı hücumçu Rafa Mir bu mövsüm "Sevilya" forması ilə çıxdığı 14 oyunda 2 qolla yadda qalıb.