"Beşiktaş" müdafiə xəttini gücləndirir
Türkiyə nəhənglərindən olan "Beşiktaş" "Konyaspor"un təcrübəli müdafiəçisini heyəinə qatmaq qərarına gəlib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 31 yaşlı müdafiəçi Françisko Kalvo qış trasnferi pəncərəsində "qara-qartallar"a keçə bilər.
"Konyaspor" klubu Françisko Kalvonun "Beşiktaş"da oynamaq istədyini bildirib.
Qeyd edək ki, Françisko Kalvonun "Konyaspor"la müqaviləsi bu ilin sonunda başa çatır.