"Beşiktaş" yenidən baş məşqçi axtarışlarına başlayıb
"Beşiktaş" klubunun prezidenti Hasan Arat baş məşqçi Rıza Çalımbayla yolları ayırmaq istədiyini bildirib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qara qartallar"ın rəhbərliyinin Bruno Qenesio, Qraham Potter, Lusien Favri və Julin Loptequi ilə danışıqlara başladığı bildirilib.
Hasan Arat komandada türkiyəli baş məşqçi istəmədiyini və bundan sonra fərqli bir "Beşiktaş" yaradacağını açıqlayıb.
Qeyd edək ki, Rıza Çalımbay noyabrın 10-da komandanın baş məşqçi sükanına əyləşsə də etimadı doğrultmağı bacarmayıb.