"Beşiktaş"da mövsümün ilk ayrılığı
Bu mövsüm "Beşiktaş"dan ayrılacaq ilk futbolçunun adı müəyyənləşib.
Sportline.az xəbər verir ki, söhbət Cekson Mulekadan gedir.
Səudiyyə Ərəbistanının "Əl-Xolud" klubuna icarəyə verilən konqolunun geri dönməyəcəyi dəqiqləşib.
"Əl-Xolud" rəhbərliyi təcrübəli hücumçu ilə yeni müqavilə başlamaq niyyətində olduğunu bildirib.
Qeyd edək ki, Muleka bu mövsüm meydana çıxdığı 24 oyunda 5 qol, 4 asist müəllifi olub.