"Beşiktaş"ın derbi planı üzə çıxdı
Sabah Türkiyə Super Liqasının 29-cu turu çərçivəsində növbəti İstanbul derbisi olacaq.
Sportline.az xəbər verir ki, söhbət "Beşiktaş" - "Qalatasaray" matçından gedir.
Türkiyə mətbuatına böyük maraqla gözlənilən oyunla bağlı bəzi informasiyalar sızıb.
"Hürriyyet"in yaydığı xəbərə görə, "Beşiktaş"ın baş məşqçisi Sulşer derbidə Osimhenə fərdi nəzarəti Emirhan Topçuya həvalə edib.
Komandanın son məşqində bununla əlaqədar təlimatlar alan Emirhan xüsusi tapşırıqlar üzərində çalışıb.
Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" matçı sabah Bakı vaxtı ilə 21:30-da başlanacaq.