"Beşiktaş"ın futbolçusu Fransaya gedib
"Beşiktaş"ın cinah müdafiəçisi Valentin Rosier Fransa klubu ilə razılıq əldə edib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, fransalı futbolçu "Nitse" klubu ilə danışqlara başlayıb. Valentin Rosierin gecə saatlarında Fransaya getdiyi bildirilib.
"Nitse" klubu 27 yaşlı cinah müdafiəçisi üçün 3 milyon avro ödəməli olacaq.
Qeyd edək ki, Valnein Rosier bu mövsüm "Beşiktaş" forması ilə çıxdığı 21 oyunda 2 asistlə yadda qalıb.