"Beşiktaş"ın heyətində itkilər var

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, 3 oyundan cəmi 1 xalla son pillədə qərarlaşan "Beşiktaş" bu gecə "Budo Qlimt"i qəbul edəcək.

Ötən tur səfərdə bu komandaya 1-3 hesabı ilə uduzan "qara qartal" meydana revanş hissi ilə çıxacaq.

Komandanın heyətində itkilər var.

Omar Colli, Masuaku, Tayyip Talha Sanuc və Emrecan Uzunhan bu oyunda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Beşiktaş" - "Budo Qlimt" matçı saat 21:45-də başlanacaq.