"Beşiktaş"ın maraqlandığı futbolçu Braziliya klubna keçəcək

"Beşiktaş"ın maraqlandığı futbolçu Braziliya klubna keçəcək.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, hazırda "Real Betis"də çıxış edən portuqaliyalı futbolçu karyerasını Braziliyanın "Flamenqo" klubunda davam etdirəcək.

Braziliya liqasında transfer müddəti martın 7-də başa çatdığında "Flamenqo" klubu keçidi tezləşdirmək üçün hərəkətə keçib. Futbolçu ilə şəxsi razılıq əldə olunduğu bildirilib.

Qeyd edək ki, 31 yaşlı futbolçu bu mövsüm "Real Betis" forması ilə çıxdığı 31 oyunda 1 qol, 3 asistlə yadda qalıb.