Beynəlxalq Futbol Assosiasiyaları Şurası qaydalarda dəyişiklik edəcək
Beynəlxalq Futbol Assosiasiyaları Şurası qaydalarda 3 yeni dəyişiklik edəcək.
Sportline.az xəbər verir ki, "İFAB" keçirilən iclasda 3 qayda ilə bağlı məsələni müzakirə edib.
1-ci qaydada, oyun zamanı sadəcə kapiatanların danışması və digər futbolçuların səssiz qalması mövsuzu müzakirə olunub. 2-cidə isə oyun zamanı baş verən gərginlik zamanı oyunçular özlərinə aid olan cərimə meydançasına getməli olacaqlar. Qərara qarşı gələn futbolçular isə meydandan uzaqlaşdırılacaqlar. Sonuncu qaydada isə qapçıların topu əlində yalnız 8 saniyə tutması müzakirə olunub. Belə ki, qolkiperlər topu əllərində 8 saniyədən çox tutduqları zaman sarı vərəqə ilə cəzalandırılacaq.
Qeyd edək ki, yeni qanunlar yaz ayında yoxlama görüşləri zaman test ediləcək. Daha sonra isə keçərli olub olmadığı barədə məlumat veriləcək.