Birgül Rusiyada "bürünc" qazandı
Rusiyanın Krasnoyarsk şəhərində ikiqat Olimpiya çempionu İvan Yarıginin xatirəsinə keçirilən Qran-Pri turnirində Azərbaycanın daha bir güləşçisi medal qazanıb.
Sportline.az xəbər verir ki, millimizin üzvü Birgül Soltanova (62 kq) yarışın bürünc mükafatına sahib çıxıb. 1/4 finalda monqolustanlı Tserençimed Sukxeyə uduzan həmyerlimiz rusiyalı Alyona Timofeyevaya "tuşe" ilə qalib gələrək ənənəvi turnirin üçüncüsü olub.
Beləliklə, komandamız turniri 1 qızıl və 1 bürünc medalla başa vurub.
Qeyd edək ki, qızıl medalı 59 kiloqram çəki dərəcəsində çıxış edən Alyona Kolesnik qazanıb.