Bocce idmanı üzrə təlimlər keçirilib

Ölkəmizdə Bocce idmanı üzrə təlimlər keçirilib.

Sportline.az xəbər verir ki, Azərbaycan Bocce İdman Klubunun təşəbbüsü ilə Türkiyənin beynəlxalq dərəcəli məşqçisi Ahmet Yaratılmış ölkəmizə səfərdədir. O, bocce idman növünün ölkəmizdə təbliği, eləcə onun qaydaları ilə bağlı biliklərini təlim iştirakçıları ilə bölüşüb.

Ahmet Yaratılmış Azərbaycanda bu idmana marağın yüksək olduğunu və iştirakçıların təlimlərdə səylə çalışdıqlarını bildirib. Bocce İdman Klubunun rəhbəri Elnur Məmmədli isə əcnəbi mütəxəssislərin səfərinin ölkəmizdə Boccenin inkişafına müsbət təsir edəcəyini vurğulayıb.

Təlimlər 5 gün davam edib və 50-dən çox idmançı qaydalarla tanış olub, praktiki məşqlərdə iştirak edib.