“Boka Xuniyors” ispaniyalı ulduzu transfer edə bilər

“Real Madrid”in sabiq futbolçusu Serxio Ramos karyerasını Argentinada davam etdirə bilər.

Sportline.az “TYC Sports” kanalına istinadən xəbər verir ki, “Boka Xuniyors” yanvar ayında Ramosu heyətinə qatmağı planlaşdırır.

Ramos Argentina çempionatında çıxış etməyə müsbət yanaşır.

İspaniyalı futbolçu hazırda azad agent statusundadır.

Qeyd edək ki, Ramos karyerası ərzində “Real Madrid”, “Sevilya” və “Paris Sen-Jermen” kimi klublarda çıxış edib.