"Bormunt" Semenyonun transfer qiymətini açıqlayıb

"Bormunt" qanalı futbolçusu Antonio Semenyonun transfer qiymətini açıqlayıb.

Sportline.az jurnalist Mark Duqlasın məlumatına istinadən xəbər verir ki, İngiltərə klubu Semenyo üçün 70 milyon avro tələb edir.

25 yaşlı vingerin "Bormunt"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Semenyo bu mövsüm çıxış etdiyi 32 matçda 9 qol və 5 asistlə yadda qalıb.