"Borrusiya" azarkeşləri klub rəhbərliyinə etiraz ediblər
"Borussiya" (Dortmund) azarkeşləri Çempionlar Liqasında "Nyukasl"la görüşdə öz komandalarını tənqid edən banner açıblar.
Sportline.az "Goal.com"a istinadla xəbər verir ki, azarkeşlər oyunun ilk hissəsində ''İdman vecinizə deyil, tək maraqlandığınız şey puldur!", - yazılı banner açıblar.
Bununla da sakitləşməyən azarkeşlər daha sonra meydana saxta qızıl külçələr atıblar.
Qeyd edək ki, oyun "Borussiya"nın 2 cavabsız qolu ilə yekunlaşıb.