Bottas "Formula-1" İtaliya Qran-prisinin sprint yarışında qalib gəlib
"Formula-1" Dünya Çempionatının 14-cü mərhələsi olan İtaliya Qran-prisinin sprint yarışında "Mercedes" komandasından olan Valtteri Bottas qalib gəlib.
Sportline.az TASS-a istinadən xəbər verir ki, "Red Bull"dan olan hollandiyalı Maks Verstappen ikinci olub.
Üçüncü nəticəni "McLaren"də oynayan avstraliyalı Daniel Rikkardo göstərib.
Qeyd edək ki, sprint 100 km məsafədədir və onun nəticələrinə əsasən həftəsonu əsas yarışın başlanğıc cədvəli müəyyən edilir.
Əsas yarış bu gün saat 17:00-da (Bakı vaxtı ilə) baş tutacaq.