Böyük Britaniyanın Baş naziri Formula 1 Azərbaycan Qran Prisindən bəhs edib
Böyük Britaniyanın Baş naziri Boris Conson Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə IX Qlobal Bakı Forumunun öz işinə başlaması münasibətilə məktub ünvanlayıb.
Sportline.az xəbər verir ki, B.Conson məktubda 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi haqqında qeyd edib: “Mən bilirəm ki, Azərbaycan pandemiyadan sonra biznes üçün qapılarını yenidən uğurla açdı, "AVRO-2020" futbol turniri və "Formula 1" yarışına uğurla ev sahibliyi etdi.”
Xatırladaq ki, Bakı şəhəri 10-12 iyun tarixlərində altıncı dəfə olmaqla Formula 1 Azərbaycan Qran Prisinə ev sahibliyi etmişdir.