Braziliya klubu kamerunlu futbolçu üçün təklif göndərib
Braziliyanın "Botafaqo" klubu kamerunlu futbolçu üçün təklif göndərib.
Sportline.az Aspor.com.tr-yə istinadla xəbər verir ki, Braziliya klubu "Beşiktaş"ın təcrübəli hücumçusu Vinsent Abubakarı trasnfer etmək istəyir.
"Qara-qartallar" martın 7-də müqaviləsi başa çatan futbolçu ilə yolları ayırmaq istədiyindən təklif qəbul edəcəklər.
Qeyd edək ki, Vinsent Abubakar da klub rəsmiləri ilə görüşərək ayrılmaq istədiyini deyib.